KTM: Bayram günlərində 11 nəfər zəhərlənib
Bayram günlərində (6-9 iyun) zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 11 nəfər qəbul edilib. Bu barədə KTM-in Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, həmin şəxslərdən 3-ü sirkə turşusundan, 5-i dərmandan, 1-i ilan sancmasından, 1-i allergik reaksiyadan, 1-i isə fosfor üzvi birləşmələsindən zəhərlənib. Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ölüm halı qeydə alınmayıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
