"Youtube"un fəaliyyətində nasazlıq yaranıb
Dünyanın bir sıra ölkələrində "Youtube" videohostinq xidmətinin fəaliyyətində nasazlıq müşahidə olunur. "Şəffaflıq.az"-un xəbərinə görə, bu barədə məşhur internet resurslarının işinə nəzarət edən “Downdetector” xidmətinin saytı məlumat yayıb. Məlumata görə, istifadəçilərin 3 %-i proqramın işində nasazlıqların olduğunu, 16 %-də videoların nümayiş olunmadığını, 81 %-i sayta daxil olarkən çətinliklə üzləşdiyini qeyd edib. Ən çox şikayət ABŞ-dən edilib. Ölkənin 5 mindən çox vətəndaşı tətbiqin işindən şikayətlənib. Sosial şəbəkənin fəaliyyətində problemlər Böyük Britaniya, Fransa, Polşa və digər ölkələrdə də qeydə alınıb.
Xəbəri paylaş
Facebook-da paylaş
