Əsas Səhifə > SON XƏBƏR > "Youtube"un fəaliyyətində nasazlıq yaranıb

"Youtube"un fəaliyyətində nasazlıq yaranıb


7-06-2025, 12:08


Dünyanın bir sıra ölkələrində "Youtube" videohostinq xidmətinin fəaliyyətində nasazlıq müşahidə olunur.

"Şəffaflıq.az"-un xəbərinə görə, bu barədə məşhur internet resurslarının işinə nəzarət edən “Downdetector” xidmətinin saytı məlumat yayıb.

Məlumata görə, istifadəçilərin 3 %-i proqramın işində nasazlıqların olduğunu, 16 %-də videoların nümayiş olunmadığını, 81 %-i sayta daxil olarkən çətinliklə üzləşdiyini qeyd edib.

Ən çox şikayət ABŞ-dən edilib. Ölkənin 5 mindən çox vətəndaşı tətbiqin işindən şikayətlənib.

Sosial şəbəkənin fəaliyyətində problemlər Böyük Britaniya, Fransa, Polşa və digər ölkələrdə də qeydə alınıb.


Geri qayıt