Türkiyə Azərbaycana taxıl və paxlalıların ixracını artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 75,579 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib. "Şəffaflıq.az" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur. Təkcə mayda Türkiyə Azərbaycana 15,849 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 17,1 % çoxdur. 5 ayda Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 4,2 % artaraq 5,23 milyard ABŞ dollarına, mayda isə 0,1 % artaraq 1,06 milyard ABŞ dollarına çatıb.
Xəbəri paylaş
Facebook-da paylaş
