Azərbaycanın Türkiyədən geyim idxalına çəkdiyi xərcləri açıqlanıb
Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 20,09 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Şəffaflıq.az" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,5 % azdır. Təkcə mayda Türkiyə Azərbaycana 4,525 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 14,7 % azdır. 5 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 6,3 % azalaraq 6,929 milyard ABŞ dollarına, mayda isə 7,3 % azalaraq 1,52 milyard ABŞ dollarına enib.
Xəbəri paylaş
Facebook-da paylaş
