Azərbaycanın Türkiyədən dəri idxalına çəkdiyi xərci 27 %-dən çox azalıb


Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 5,799 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.

"Şəffaflıq.az" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,1 % azdır.

Təkcə mayda Türkiyə Azərbaycana 0,823 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 60 % azdır.

5 ayda Türkiyənin dəri və dəri məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 3,5 % azalaraq 627,319 milyon ABŞ dollarına, may ayında isə 8 % azalaraq 124,839 milyon ABŞ dollarına düşüb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}