Bay Minqşao: “Çinin Quandonq bölgəsi Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır”
Çinin Quandonq bölgəsi Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Şəffaflıq.az xəbər verir ki, bunu Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) Quandonq Komitəsinin Quandonq Əyalət Şöbəsinin I dərəcəli büro səviyyəli rəsmisi Bay Minqşao Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında bildirib. Onun sözlərinə görə, Azərbaycan ilə Çinin Quanqdonq əyaləti arasında iqtisadi və ticari əməkdaşlığı gücləndirilir: “Bu ilin aprelində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələri qurulub. Üstəlik, bir sıra əməkdaşlıq sənədləri imzalanıb”. O qeyd edib ki, Quanqdonqdan Azərbaycana 30-a yaxın şirkətin səfəri təşkil edilib: “Quanqdonqdakı ən böyük ticarət və investisiya qurumu olaraq iki ölkənin müəssisələri arasında qarşılıqlı faydalı əməkdaşlıq və mübadilə platforması yaratmaqdan çox məmnunuq. Bununla iki ölkənin müəssisələri real biznes imkanları əldə edəcəklər".
Facebook-da paylaş
