"Latsio" İngiltərə klubunun futbolçusunu transfer edib
İtaliyanın "Latsio" klubu "Arsenal"ın (İngiltərə) futbolçusu Nunu Tavarişi transfer edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Roma klubunun mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı müdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. 25 yaşlı futbolçu ötən mövsüm “Latsio”da icarə əsasında çıxış edib. Qeyd edək ki, futbolçu karyerası ərazində icarə əsasında “Benfika” (Portuqaliya), “Marsel” (Fransa) və “Nottinqem Forest” (İngiltərə) klublarında da çıxış edib.Nunu Tavarişi
Xəbəri paylaş
Facebook-da paylaş
