“M-Gaz": SOCAR ilə hibrid qazlaşdırma üzrə layihə Şimali Makedoniya və Albaniyaya genişləndirilə bilər - MÜSAHİBƏ


Avropanın dəyişən enerji arxitekturası kontekstində Bolqarıstan və Azərbaycan arasında qaz sektorunda tərəfdaşlıq getdikcə daha strateji xarakter alır. Bu əməkdaşlığın əsas elementlərindən biri “M-Gaz” və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Balkanlardakı regional nümayəndəliyinin birgə həyata keçirdiyi hibrid qazlaşdırma layihəsi olub.

“M-Gaz” şirkətinin beynəlxalq əməkdaşlıq və işgüzar əlaqələr üzrə direktoru Qerqana Manolova Şəffaflıq.az a müsahibəsində Azərbaycan təbii qazının Bolqarıstana tədarükünün başlanması, istehlak strukturu, sosial obyektlərin birləşdirilməsi ilə bağlı çətinliklər və layihənin ölkə hüdudlarından kənarda genişləndirilməsi planlarından danışıb.

Müsahibəni oxucularımıza təqdim edirik:

- Bolqarıstanda hibrid qazlaşdırma layihəsi və Azərbaycan təbii qazının “M-Gaz”a tədarükü nə vaxt başlayıb? Sənaye sektoru və sosial obyektlər, o cümlədən kommunal xidmətlər və mənzil fondu üçün nəzərdə tutulan həcmlər barədə ayrıca məlumat vermək mümkündürmü?

- Hibrid qazlaşdırma layihəsi iki ölkə prezidentləri arasında yüksək səviyyəli razılaşmalar çərçivəsində başlanıb. Onun məqsədi Azərbaycan qazının sənaye və sosial istehlakçılara birbaşa tədarükü vasitəsilə Bolqarıstanın qazlaşdırılmasını təşviq etməkdir. Hibrid qazlaşdırma konsepsiyası “M-Gaz” və SOCAR-ın Balkanlardakı regional ofisi tərəfindən birgə işlənib hazırlanıb.

Layihənin icrasına 2024-cü il iyunun 18-də SOCAR-ın regional ofisinin iştirakı ilə “M-Gaz” və “SOCAR Trading” arasında müqavilə imzalandıqdan sonra başlanılıb. Həmin andan Azərbaycan qazının SOCAR tərəfindən seçilmiş beş ən iri sənaye istehlakçısına tədarükü başlanıb. 2024-cü il ərzində həcmin əsas hissəsi sənaye sektoruna gedib. Eyni zamanda, təxminən 12,5 %-i (1/8) sosial obyektlərə - məktəblərə, xəstəxanalara, uşaq bağçalarına yönəldilib.

- “M-Gaz” və SOCAR arasında mövcud strateji tərəfdaşlığı necə xarakterizə edərdiniz? Bu qarşılıqlı əlaqə çərçivəsində artıq hansı mühüm nailiyyətlər əldə olunub və layihənin icrası mərhələsində qarşılaşdığınız əsas problemlər hansılar olub?

- SOCAR-ın Balkanlarda regional ofisinin açılması və onun fəal işləməsi ikitərəfli əməkdaşlığa güclü təkan verdi. Hazırda SOCAR Bolqarıstanın qaz bazarının əsas oyunçularından biridir və Balkan Qaz Qovşağında ticarətin fəal iştirakçısıdır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}