Naxçıvanda "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib Hərbi
Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib. Bu barədə "Şəffaflıq.az"-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edib, hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bölmələrin döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətini vurğulayıblar. Kursu müvəffəqiyyətlə bitirən məzunlar "Komando andı"nı qəbul edib. Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub. Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib.
Xəbəri paylaş
Facebook-da paylaş
