Azərbaycan Ordusunda növbəti komando kursu başa çatıb
Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun olaraq, "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Buraxılış mərasimində çıxış edənlər məzunlara gələcək xidmətlərində uğurlar arzulayıblar. Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə töhfə verən bu kimi kursların əhəmiyyəti xüsusi qeyd edilib. Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub. Sonda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib, xatirə şəkili çəkdirilib. Şəffaflıq.az
Mərasimdə Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri kurs iştirakçılarına çatdırılıb.
Facebook-da paylaş