“Enviromental Protection First” QHT koalisiyası Türkiyə QHT-lərinin Metsamorla bağlı çağırışına dəstək verib


“Enviromental Protection First” qeyri hökumət təşkilatı (QHT) koalisiyası Metsamor atom elektrik stansiyasının (AES) fəaliyyətini davam etdirməsinə etiraz olaraq brifinq keçirib.

"Şəffaflıq.az" xəbər verir ki, brifinq zamanı Türkiyə QHT-lərinə bu mövzuda dəstək ifadə olunub.

“Enviromental Protection First” QHT koalisiyasının üzvləri Amin Məmmədov, Sabit Bağırov, eləcə də “Rüzgar" Ekoloji İctimai Birliyinin sədri professor İslam Mustafayev çıxış ediblər.

Əvvəlcə Amin Məmmədov "Enviromental Protection First” QHT koalisiyasının yaradılması və fəaliyyəti barədə məlumat verib.

O, Türkiyədə fəaliyyət göstərən 30-dan çox QHT-nin dünən Metsamor AES-in fəaliyyətinin dayandırılması barədə çağırışına toxunub: “Əlbəttə, biz də bu məsələdə mütləq həmrəylik nümayiş etdirir, onların çağırışlarına dəstəyimizi bildiririk”.

“Rüzgar" Ekoloji İctimai Birliyinin sədri İslam Mustafayev isə bildirib ki, Türkiyədəki QHT nümayəndələrindən bu cür təşəbbüs heç də təsadüfi deyil: “Hər il Atom Enesjisi üzrə Beynəlxalq Assmableyanın konfranslarında bu məsələ qaldırılır, lakin lazımi addımlar atılmır. Biz risk yaradan, qonşu ölkələr üçün həddindən ziyadə təhlükə mənbəyinə çevrilən bir AES-in fəaliyyətinin dayandırılmasını tələb edirik. Əgər orada hər hanslsa bir hadisə baş verərsə, ətrafdakı dörd ölkə üçün çox böyük faciəyə səbəb olacaq”.

İ.Mustafayev Ermənistanın tektonik bölgədə yerləşməsinə də diqqət çəkib: “Metsamor AES-in yerləşdiyi ərazinin cəmi 500 metrliyindən zəlzələ qırılma nöqtəsi keçir ki, bu da orada dağıdıcı zəlzələlərin baş verə bilməsi deməkdir”.

Professor Ermənistanın yeni bir AES tikmək istəməsi barədə məlumatların olduğunu da qeyd edib: “Şübhəsiz, onlara bu icazə verilmir. Çünki sərhədə yaxın bölgədə AES tikilməsi üçün qonşu dövlətlərin də müsbət rəyi lazımdır”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}