"Azəristiliktəchizat": Hər il isitmə üçün 28 milyard kVt/saat enerji istifadə edilir


Azərbaycanda hər il isitmə məqsədi ilə 28 milyard kVt/saat enerji istifadə edilir.

Şəffaflıq.az  xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında - "İstilik təchizatı haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, bu, kifayət qədər böyük rəqəmdir: "10 % qənaət enerjiyə 2,8 milyard kVt/saat qənaət deməkdir. Bu səbəbdən də təqdim edilən qanun layihəsi qabaqcıl ölkələrin təcrübələrini və Azərbaycan reallığını nəzərə almaqla hazırlanıb. Bu qanunun qəbul edilməsi bizə səmərəli fəaliyyət üçün stimul yaradcaq", - deyə o qeyd edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}