Əsas Səhifə > SON XƏBƏR > "Azəristiliktəchizat": Hər il isitmə üçün 28 milyard kVt/saat enerji istifadə edilir
"Azəristiliktəchizat": Hər il isitmə üçün 28 milyard kVt/saat enerji istifadə edilir4-06-2025, 13:18 |
Azərbaycanda hər il isitmə məqsədi ilə 28 milyard kVt/saat enerji istifadə edilir. Şəffaflıq.az xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında - "İstilik təchizatı haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləmədə bildirib. Onun sözlərinə görə, bu, kifayət qədər böyük rəqəmdir: "10 % qənaət enerjiyə 2,8 milyard kVt/saat qənaət deməkdir. Bu səbəbdən də təqdim edilən qanun layihəsi qabaqcıl ölkələrin təcrübələrini və Azərbaycan reallığını nəzərə almaqla hazırlanıb. Bu qanunun qəbul edilməsi bizə səmərəli fəaliyyət üçün stimul yaradcaq", - deyə o qeyd edib. Geri qayıt |