BMT eksperti: Afrikada müstəmləkə siyasətinin qurbanlarının davam edən əzablarına son qoyulmalıdır
Afrikada imperialist və müstəmləkə siyasətinin qurbanlarının davam edən əzablarına son qoymaq lazımdır, onlar müstəmləkə zülmünün nəticələrini bu günə qədər yaşayırlar. Şəffaflıq.az xəbər verir ki, bunu BMT-nin Afrika xalqlarının Daimi Forumunun Kolumbiyadan olan üzvü Pastor Martinez Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda keçirilən beynəlxalq elmi konfransda danışıb. P.Martinezin sözlərinə görə, dünyada risklər hər gün artır, heç kim irqçilik və sosial bərabərsizlikdən sığortalanmayıb. "Afrika mənşəli insanlar müstəmləkəçilik, transatlantik qul ticarəti və imperializmi yaşayıblar. Onların nəticələri bu gün də hiss olunur. Bu gün isə biz miqrasiya böhranı, irqçilik, ksenofobiya, iqlim dəyişiklikləri, enerji keçidinin ədalətsizliyi, həmçinin süni intellektin mənfi və qeyri-etik istifadəsi kimi yeni çağırışlarla üzləşirik", - o vurğulayıb. P.Martinez fikrincə, Bakıdakı konfrans tarixi reallığı yenidən düşünmək, daha əvvəl nəzərə alınmayan qrupların səslərini eşitmək, onların Şimali və Cənubi Amerika kimi regionlarda da qlobal irsin formalaşmasına töhfələrini qəbul etmək üçün mühüm platforma olub.
Facebook-da paylaş
