Haysam əl-Qays: OPEC Bakı Enerji Həftəsinin əsas məsələlərin həllinə yönəlmiş yanaşmasını alqışlayır

OPEC Bakı Enerji Həftəsinin qlobal enerji gündəliyinin əsas məsələlərinin həllinə yönəlmiş strateji yanaşmasını alqışlayır.

"Şəffaflıq.az" xəbər verir ki, bu barədə OPEC-in Baş katibi Haysam əl-Qays Bakı Enerji Həftəsinin açılışında bildirib.

"Çıxışında Baş katib Azərbaycan Prezidenti İlham Əliyevə OPEC və kartelə daxil olmayan istehsalçılar arasında Əməkdaşlıq Bəyannaməsini (DoC) davamlı dəstəkləməsinə görə təşəkkür edib. Azərbaycan DoC-un aparıcı iştirakçılarından biridir", - OPEC-in mətbuat xidməti əl-Qaysın sözlərini sitat gətirib.

Məlumata görə, əl-Qays həmçinin Bakı Enerji Həftəsinin iyulda keçiriləcək 9-cu Beynəlxalq OPEC Seminarının prioritetləri və mövzusuna uyğun olaraq qlobal enerji gündəliyinin əsas aspektlərinin həllinə yönəlmiş strateji yanaşmasını alqışlayıb.

OPEC-dən vurğulanıb ki, Prezident İlham Əliyevin himayəsi altında keçirilən Bakı Enerji Həftəsi beynəlxalq enerji təqviminin aparıcı hadisəsidir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}