Əsas Səhifə > SON XƏBƏR > Haysam əl-Qays: OPEC Bakı Enerji Həftəsinin əsas məsələlərin həllinə yönəlmiş yanaşmasını alqışlayır
Haysam əl-Qays: OPEC Bakı Enerji Həftəsinin əsas məsələlərin həllinə yönəlmiş yanaşmasını alqışlayır2-06-2025, 14:31 |
OPEC Bakı Enerji Həftəsinin qlobal enerji gündəliyinin əsas məsələlərinin həllinə yönəlmiş strateji yanaşmasını alqışlayır. "Şəffaflıq.az" xəbər verir ki, bu barədə OPEC-in Baş katibi Haysam əl-Qays Bakı Enerji Həftəsinin açılışında bildirib. "Çıxışında Baş katib Azərbaycan Prezidenti İlham Əliyevə OPEC və kartelə daxil olmayan istehsalçılar arasında Əməkdaşlıq Bəyannaməsini (DoC) davamlı dəstəkləməsinə görə təşəkkür edib. Azərbaycan DoC-un aparıcı iştirakçılarından biridir", - OPEC-in mətbuat xidməti əl-Qaysın sözlərini sitat gətirib. Məlumata görə, əl-Qays həmçinin Bakı Enerji Həftəsinin iyulda keçiriləcək 9-cu Beynəlxalq OPEC Seminarının prioritetləri və mövzusuna uyğun olaraq qlobal enerji gündəliyinin əsas aspektlərinin həllinə yönəlmiş strateji yanaşmasını alqışlayıb. OPEC-dən vurğulanıb ki, Prezident İlham Əliyevin himayəsi altında keçirilən Bakı Enerji Həftəsi beynəlxalq enerji təqviminin aparıcı hadisəsidir. Geri qayıt |