ABŞ Dövlət Departamentinin nümayəndələri Azərbaycanda səfərdədirlər
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavin köməkçisi Coşua Hak Azərbaycana gəlib. Bu barədə Şəffaflıq.az ABŞ səfirliyinin sosial şəbəkə hesabındakı paylaşıma istinadən xəbər verir. "Bu gün müvəqqəti işlər vəkili Huqo Gevara səfirlik binasında ABŞ dövlət katibinin müavininin köməkçisi Coşua Hakı və Dövlət Departamentinin Avropa üzrə baş müşaviri Uayett Toelkeni [Wyatt Toehlke] qəbul edib. Onlar Azərbaycana yüksək səviyyəli rəsmilərlə görüşmək və ABŞ-nin maraqlarını, iqtisadi rifahı və regional təhlükəsizliyi təşviq edən ikitərəfli dialoqu davam etdirmək məqsədilə səfər edib", - diplomatik missiyanın məlumatında bildirilib.
Xəbəri paylaş
Facebook-da paylaş
