Gürcüstan millisi Bakıda keçirilən dünya çempionatında BƏƏ-ni məğlub edib
Gürcüstan millisi Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında BƏƏ yığmasını məğlub edib. "Report"un məlumatına görə, G qrupunun oyunu Milli Gimnastika Arenasında baş tutub. Mundialın ikinci gününün yeddinci qarşılaşması avropalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, bu gün baş tutan digər görüşlərdə İspaniya Qananı (1:0), İndoneziya Kosta Rikanı (1:0), Çexiya Argentinanı (2:1), Polşa Qazaxıstanı (2:1), Bosniya və Herseqovina ABŞ-ni (4:2) məğlub edib. Monteneqro - Tailand matçında qalib müəyyənləşməyib - 1:1.
FOTO: Mircavid Eminoğlu
Xəbəri paylaş
Facebook-da paylaş
