Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə təntənəli tədbirlər keçiriləcək
Gürcüstanın Xarici İşlər və Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzi mayın 23-24-də Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş bir sıra tədbirlər təşkil edəcək. Şəffaflıq.az Gürcüstan səfirliyinə istinadən xəbər verir ki, mayın 23-də Bakıda təşkil ediləcək diplomatik qəbulda Gürcüstandan olan məşhur musiqiçilər Azərbaycanda tanınan kompozisiyalarla çıxış edəcəklər. Bundan başqa, dünya şöhrətli somelyelər gürcü şərablarının dequstasiyasını keçirəcək, gürcü aşpazlar isə gürcü mətbəxi üzrə ustad dərsləri keçəcəklər. Qonaqlar həmçinin Gürcüstanın ənənəvi zərgərlik məmulatları və geyimlərinin sərgisi ilə tanış ola biləcəklər.
Xəbəri paylaş
Facebook-da paylaş
