Gəncədə 31 yaşlı kişi restoranda bıçaqlanıb


Gəncə şəhərində 31 yaşlı kişi bıçaqlanıb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən restoranların birində qeydə alınıb.

Mübahisə zəminində bıçaq xəsarəti alan 1994-cü il təvəllüdlü Y.İbrahimov xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}