Oğuzda yük avtomobili motosikletlə toqquşub, ölən var


Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz-Bayan avtomobil yolunun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Ford" markalı yük avtomobili ilə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü, Oğuz şəhər sakini Vidadi Söhbət oğlu Qarayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}