Azərbaycanda talassemiya daşıyıcılarının sayı açıqlanıb
Hazırda Azərbaycanda 4 100 nəfər talassemiya daşıyıcısıdır. Bunu "Report"a açıqlamasında Talassemiya Mərkəzinin Baş həkimi Səhər İsmayılova deyib. Onun sözlərinə görə, 3 200 nəfər isə rəsmi qeydiyyatdadır. S.İsmayılova əlavə edib ki, bu xəstəlikdə cins nisbəti bərabərdir, yaş aralığı isə xəstəliyin növünə görə dəyişə bilir: "2015-ci ildən ölkədə nikaha daxil olan cütlüklərdən bu xəstəliyin analizləri tələb olunur. Elə bu müayinələr nəticəsində bəlli olub ki, əhalinin 4 faizi daşıyıcıdır". Baş həkim bildirib ki, nəticlərdən onu deməyə əsas verir ki, iki daşıyıcı bir- biri ilə evlənərsə 25 faiz ehtimalla xəstə uşaq doğular, 25 faiz ehtimalla sağlam, 50 faiz ehtimalla isə ana və ata kimi daşıyıcı doğulacaq: "Qohum nikahlarına qoyulan məhdudiyyətlər də işimizi asanlaşdırır. Bildiyiniz kimi bir çox irsi xəstəliklərin başlıca səbəbi məhz qohum evlilikləri idi".
Facebook-da paylaş
