Ronaldu: Asiya Çempionlar Liqasının 1/4 final matçına hazıram
“Əl-Nasr”in hücumçusu və kapitanı Kriştianu Ronaldu “X” sosial şəbəkəsindəki hesabında Asiya Çempionlar Liqasının 1/4 final mərhələsində bu gün, aprelin 26-da Yaponiyanın “Yokohama F.Marinos”la keçiriləcək oyundan əvvəl paylaşım edib. Şəffaflıq.az xəbər verir ki, futbolçu matça hazır olduğunu yazıb. "Hazıram", - Ronaldu sosial şəbəkə hesabında qeyd edib. Qırx yaşlı forvard cari mövsüm bütün turnirlərdə 36 matçda iştirak edib, 32 qol vurub və 4 məhsuldar ötürmə edib. Ronaldunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.
Xəbəri paylaş
Facebook-da paylaş
