Əsas Səhifə > FUTBOL > Ronaldu: Asiya Çempionlar Liqasının 1/4 final matçına hazıram

Ronaldu: Asiya Çempionlar Liqasının 1/4 final matçına hazıram


26-04-2025, 09:09


“Əl-Nasr”in hücumçusu və kapitanı Kriştianu Ronaldu “X” sosial şəbəkəsindəki hesabında Asiya Çempionlar Liqasının 1/4 final mərhələsində bu gün, aprelin 26-da Yaponiyanın “Yokohama F.Marinos”la keçiriləcək oyundan əvvəl paylaşım edib.

Şəffaflıq.az xəbər verir ki, futbolçu matça hazır olduğunu yazıb.

"Hazıram", - Ronaldu sosial şəbəkə hesabında qeyd edib.

Qırx yaşlı forvard cari mövsüm bütün turnirlərdə 36 matçda iştirak edib, 32 qol vurub və 4 məhsuldar ötürmə edib. Ronaldunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.


Geri qayıt