İspaniyanın "Real" klubunun müdafiəçisi Ferlan Mendi zədəsini sağaldıb.
İspaniyanın "Real" klubunun müdafiəçisi Ferlan Mendi zədəsini sağaldıb. Şəffaflıq.az “Marca”ya istinadən xəbər verir ki, artıq məşqlərə qoşulan fransalı futbolçu sabah İspaniya Kubokunun "Barselona” ilə final matçında əsas heyətdə yer alacaq. Mendinin Madrid klubunun son iki məşqində iştirak etdiyi və heç bir maneə olmadığı üçün baş məşqçi Karlo Ançelottinin onu meydana buraxmağa qərar verdiyi bildirilib. Qeyd edək ki, 29 yaşlı arxa xətt oyunçusu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko" ilə cavab oyununda zədələnmişdi.
Xəbəri paylaş
Facebook-da paylaş
