Ağsuda torpaq sürüşməsi baş verib


Ağsu rayonunda torpaq sürüşməsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, son günlər yağan güclü yağışlardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində torpaq sürüşməsi qeydə alınıb.

İlkin məlumatlara əsasən, torpaq sürüşməsi nəticəsində yolun bir zolağında asfalt qatında dərin çökmə və çatlar əmələ gəlib. Bu səbəbdən, həmin hissədə avtomobillərin hərəkəti çətinləşib.

Hazırda avtomobillər həmin ərazidən növbə ilə hərəkət edirlər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}