“Xocalı. Son toy...” filmi “CineMastercard” kinoteatrlar şəbəkəsində nümayiş olunur


Aprelin 17-dən “CineMastercard” kinoteatrlar şəbəkəsində “Xocalı. Son toy...” filminin nümayişi başlayır.

“Global Media Group”un və “Report” İnformasiya Agentliyinin birlikdə ərsəyə gətirdiyi “Xocalı. Son toy...” bədii-sənədli filminin süjet xətti 33 il öncə ermənilərin Xocalını atəşə tutması nəticəsində yarımçıq qalan sonuncu toy mərasiminə əsaslanır.

1992-ci ildə baş verən və bəşər tarixinin ən qanlı hadisələrindən birinə çevrilən Xocalı soyqırımı insanlıq faciəsi olmaqla yanaşı, həm də neçə-neçə insanın, ailənin sevincini əlindən almış, əbədi ağrıya çevrilmişdir.

“Xocalı. Son toy...” bədii-sənədli filmində də illər öncə "Vağzalı"sı yarımçıq qalan toyun sədaları yenidən eşidilir, azad-abad Xocalı yenidən toy-bayram əhvali-ruhiyyəsinə bürünür.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}