Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində yeni sənəd qəbuluna start verilib
2025-2026-cı tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbuluna aprelin 10-dan start verilir. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Sənəd qəbulu üçün son tarix 15 iyun 2025-ci il saat 23:59-dur. Qeyd edək ki, 2025-2026-cı tədris ili üçün 29 dekabr 2024-cü il tarixində elan olunmuş Dövlət Proqramı çərçivəsində prioritet ixtisas sahələrinə uyğun nüfuzlu xarici ali təhsil müəssisələrinin Müvafiq elanla Şəffaflıq.az
Facebook-da paylaş
