Azərbaycanın Türkmənistandakı səfirliyinin konsulluq şöbəsi mayın 1-dən elektron qeydiyyatına başlayır
Azərbaycanın Türkmənistandakı səfirliyinin konsulluq şöbəsi 2025-ci il mayın 1-dən vətəndaşların qəbulunun təşkili üçün yeni sistem tətbiq edir. Şəffaflıq.az səfirliyin məlumatına istinadən xəbər verir ki, konsulluğa müraciət etmək üçün əvvəlcədən elektron növbə portalı vasitəsilə qəbula yazılmaq lazım olacaq. Bunun üçün abituriyentlər https://ashgabat.mfa.gov.az saytına daxil olaraq, konsulluğa getmək üçün ən uyğun tarix və vaxtı seçməlidirlər.
Xəbəri paylaş
Facebook-da paylaş
