ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Azərbaycana gəlib
ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Erik Ceykobs Azərbaycana gəlib. Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində o, cümə günü Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci Nazirlər Görüşündə açılış nitqi ilə çıxış edəcək: "Səfəri zamanı baş məsləhətçi hökumət rəsmiləri, enerji sektorundakı liderlər və sahə mütəxəssisləri ilə görüşəcək, enerji təhlükəsizliyinin əhəmiyyətini müzakirə edəcək, ABŞ-nin enerji liderliyini vurğulayacaq və hər iki ölkə üçün enerji bolluğu və daha böyük rifah yaratmaq imkanlarını araşdıracaq".
Xəbəri paylaş
Facebook-da paylaş
