Rusiya hökuməti İSTEFA VERDİ
Şəffaflıq.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Federasiya Şurasına müraciətindən sonra baş nazir Dmitri Medvedev hökumətin tam tərkibdə istefa verdiyini bildirib.
Medvedev deyib: “Vladimir Vladimiroviç Konstitusiyaya bir sıra fundamental dəyişikliklər barədə qeydlər etdi. Mühüm dəyişikliklər və ümumilikdə hakimiyyət balansında, qanunverici, məhkəmə hakimiyyətindəki dəyişikliklər barədə danışdı. Bu kontekstdə aşkardır ki, biz hökumət olaraq ölkəmizin prezidentinə bu qərar üçün zəruri olan imkanları verməliyik. Məncə, bu şəraitdə Konstitusiyanın 117-ci maddəsinə uyğun olaraq, hakimiyyətin indiki tərkibdə istefa verməsi düzgün olardı”.
Bundan başqa, Rusiya prezidenti Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsini təsis eləməyi və bu vəzifəni Medvedevə tapşırmağı təklif edib.
Putin Federasiya Şurasına müraciətində Dövlət Dumasına baş nazir vəzifəsini təkcə razılaşdırmaq yox, həm də onu bu postda təsdiqləmək səlahiyyətini verməyi təklif eləyib. Bu isə siyasi sistemin ciddi şəkildə dəyişilməsi deməkdir.
Facebook-da paylaş