İordaniyanın Kralı Azərbaycan Prezidentini təbrik edib
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib. Şəffaflıq.az xəbər verir ki, təbrikdə deyilir: "Zati-aliləri. Müqəddəs Ramazan bayramı münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram. Zati-alinizə ən xoş arzularımı bildirir, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm".
Xəbəri paylaş
Facebook-da paylaş
