Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə Haiti yığması ilə qarşılaşacaq.
Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə Haiti yığması ilə qarşılaşacaq. Şəffaflıq.az xəbər verir ki, rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək yığma 2025-ci ildəki ilk oyununda qələbə qazanmaq niyyətindədir. Qarşılaşmanı Kadir Sağlamın başçılıq etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək. Matç saat 21:45-də start götürəcək. Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv üç gün sonra "Bank Respublika Arena"da Belarus millisini sınağa çəkəcək. 22 mart 21:45 Azərbaycan – Haiti Baş hakim: Kadir Sağlam Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta Dördüncü hakim: Fərid Hacıyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Facebook-da paylaş
