Əsas Səhifə > FUTBOL > Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə Haiti yığması ilə qarşılaşacaq.
Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə Haiti yığması ilə qarşılaşacaq.22-03-2025, 11:24 |
Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə Haiti yığması ilə qarşılaşacaq. Şəffaflıq.az xəbər verir ki, rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək yığma 2025-ci ildəki ilk oyununda qələbə qazanmaq niyyətindədir. Qarşılaşmanı Kadir Sağlamın başçılıq etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək. Matç saat 21:45-də start götürəcək. Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv üç gün sonra "Bank Respublika Arena"da Belarus millisini sınağa çəkəcək. 22 mart 21:45 Azərbaycan – Haiti Baş hakim: Kadir Sağlam Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta Dördüncü hakim: Fərid Hacıyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Geri qayıt |