Ötən ay 55 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib
Ötən ay ərzində Dövlət Miqrasiya Xidməti (DMX) 55 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib. Bu barədə DMX-nin Readmissiya məsələləri idarəsindən məlumat verilib. Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir. Qeyd edək ki, proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində baş tutub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
