ŞAD XƏBƏR! Sığortalanmayan evlərə görə cərimə olmayacaq - VİDEO

 İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov daşınmaz əmlakın icbari sığortası ilə bağlı suallara aydınlıq gətirib.
Şəffaflıq.az xəbər verir ki, "İTV xəbər-Yekun"da məsələyə münasibət bildirən R.Əhmədov bildirib ki, dövlət qeydiyyatında olan evlərin siyahısının Dövlət Əmlak Komitəsindən İcbari Sığorta Bürosuna ötürülməsi üçün zəruri qanunvericilik aktı yoxdur:
“Qanunvericilik əmlak məsələləri üzrə komitənin bizə məlumatı ötürməsini nəzərdə tutmayıb. Bu səbəbə görə də biz hələ ki, inteqrasiyanı həyata keçirə bilməmişik. Qanunvericiliyə müvafiq dəyişiklik edildikdən sonra inteqrasiyanın həyata keçirilməsi mümkün olacaq. Sığorta şəhadətnamələri elektron olacaq və elektron sistemlərdə hansı ünvanda sığortanın olub-olmaması müəyyən ediləcək”.
Məsələyə münasibət bildirən iqitisadçı Samir Əliyev modern.az-a deyib ki, Rəşad Əhmədovun bu açıqlaması ilə icbari sığorta məsələsinə xeyli aydınlıq gətirilib:
“İcbari Sığorta Bürosunun (İSB) rəhbərinin açıqlaması ajiotaja bir müddət nöqtə qoydu. Söhbət ondan gedir ki, dövlət qeydiyyatında olan (kupçalı) evlərin siyahısının İSB-nin Dövlət Əmlak Komitəsindən (DƏK) alması üçün zəruri qanunvericilk aktı yoxdur. Yəni, bu qayda olmayınca, DƏK qeydiyyatlı evərin siyahısını İSB-yə ötürə bilməz. Bu məlumat ötürülmədiyi üçün kimin evinin sığortalı, kiminkinin isə sığortasız olduğunu müəyyənləşdirmək mümkün olmayacaq və deməli, cərimə də olmayacaq. Ona görə də Nazirlər Kabinetinin müvafiq qərarı olmadan kiminsə cərimələnməsi real deyil. Əslində ajiotaja səbəb Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə tədiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı” olub. Sığorta şirkətləri də vəziyyətdən istifadə ediblər”.
S.Əliyev qeyd edib ki, əmlakın sığortasının icbariliyi aradan qaldırılmalı, könüllü mexanizmə keçilməlidir.
“Əgər dövlət icbarilikdə qərarlıdırsa, hansı ki bunun qəti əleyhinəyəm, bu halda heç olmazsa, 3 ili öz büdcəsi hesabına ödəməlidir. Bu il isə icbari sığorta tətili olmalıdır, yəni cərimə məsələsi gələn ildən başlamalıdır”, - deyə iqtisadçı bildirib.Metbuat.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}