Müxalifət Serbiya parlamentində insident törədib
Serbiya parlamentində qarşıdurma baş verib, müxalifət deputatları protexnik vasitələr yandırıb və iclas zalı tüstü ilə dolub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Serbiyanın Radio Televiziyası məlumat yayıb. Məlumata görə, parlamentin spikeri Ana Brnabiçin üzərinə su atılıb. Deputatlar yaz sessiyasının ilk iclasında təxminən 50 bənddən ibarət gündəliyi qəbul ediblər.
Xəbəri paylaş
Facebook-da paylaş
