ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə faydalı qazıntılar üzrə razılaşmanın bərpasına maraq göstərmir.
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə faydalı qazıntılar üzrə razılaşmanın bərpasına maraq göstərmir. Şəffaflıq.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsinə istinadən məlumat yayıb. “Prezident Donald Tramp hazırda Ukrayna ilə faydalı qazıntılar haqqında razılaşmanı yenidən nəzərdən keçirməkdə maraqlı deyil”, – mənbə bildirib. Onun sözlərinə görə, Tramp artıq Florida ştatındakı iqamətgahına yola düşüb və Vaşinqtona qayıtmağı planlaşdırmır. Daha əvvəl məlumat verilmişdi ki, iki ölkənin liderləri Vaşinqtonda keçirilmiş qalmaqallı görüşdən sonra faydalı qazıntılar haqqında saziş imzalamayıb.
Xəbəri paylaş
Facebook-da paylaş
