ADPU-nun Şamaxı filialında “Xocalı Soyqırımı: Bəşəriyyətin ən qanlı faciəsi” mövzusunda mühazirə keçirildi.


ADPU-nun Şamaxı filialında Sosial və xüsusi fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının təqdimatında Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı Soyqırımı: Bəşəriyyətin ən qanlı faciəsi” mövzusunda mühazirə keçirildi.

Muhazirə zamanı tələbələrə Ermənilərin Xocalıda törətdikləri qətliamlar və vəhşiliklər haqqında, Xocalı soyqırımı ilə bağlı Azərbaycan Respublikasının atdığı addımlar, Xocalı faciəsi dünya mətbuatında, Beynəlxalq və regional təşkilatların Xocalı faciəsi ilə bağlı mövqeyi mövzularında ətraflı məlumat verildi.

Qeyd edib ki,Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarların xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi.Xalqımız 33 ildir ki, bu qanlı cinayətin – Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımız tam azaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Xocalı şəhəri separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Xocalı şəhidlərinin qisasının alındığını, onların qanının yerdə qalmadığını 2024-cü ilin yanvarında yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev bir daha bildirərək dedi: “Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”.

Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}