Misli Premyer Liqasının XXV turunda iki oyunun başlama vaxtı dəyişdirilib.
Misli Premyer Liqasının XXV turunda iki oyunun başlama vaxtı dəyişdirilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. Yayım və təşkilati məsələlər ilə əlaqədar “Turan Tovuz” - “Zirə” və “Sabah” - “Araz Naxçıvan” görüşləri əvvəlcədən açıqlanmış saatdan 30 dəqiqə tez, müvafiq olaraq 17:30 və 19:30-da start götürəcək. Hər iki qarşılaşma martın 4-də keçiriləcək.
Xəbəri paylaş
Facebook-da paylaş
