ABŞ BMT-nin iqlim üzrə görüşlərində iştirak etməyəcək


ABŞ BMT-nin iqlim dəyişiklikləri məsələləri üzrə əsas görüşlərində iştirakını dayandırır.

 Şəffaflıq.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadla məlumat paylaşıb.

"Prezident Donald Trampın Administrasiyası amerikalı alimlərin BMT-nin iqlim dəyişiklikləri üzrə əsas qiymətləndirmələrdə iştirakını dayandırıb. Bu o deməkdir ki, ABŞ İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun başlıca plenar iclasında iştirak etməyəcək", - deyə agentliyin məlumatında bildirilir.

Qeyd edək ki, sözügedən iclas fevralın 24-28-də Çində baş tutacaq.

Xatırladaq ki, D.Tramp prezident vəzifəsinə başladıqdan bir neçə saat sonra Birləşmiş Ştatları Paris İqlim Sazişindən çıxarıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}