Əsas Səhifə > Dünya > ABŞ BMT-nin iqlim üzrə görüşlərində iştirak etməyəcək
ABŞ BMT-nin iqlim üzrə görüşlərində iştirak etməyəcək21-02-2025, 23:49 |
ABŞ BMT-nin iqlim dəyişiklikləri məsələləri üzrə əsas görüşlərində iştirakını dayandırır. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadla məlumat paylaşıb. "Prezident Donald Trampın Administrasiyası amerikalı alimlərin BMT-nin iqlim dəyişiklikləri üzrə əsas qiymətləndirmələrdə iştirakını dayandırıb. Bu o deməkdir ki, ABŞ İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun başlıca plenar iclasında iştirak etməyəcək", - deyə agentliyin məlumatında bildirilir. Qeyd edək ki, sözügedən iclas fevralın 24-28-də Çində baş tutacaq. Xatırladaq ki, D.Tramp prezident vəzifəsinə başladıqdan bir neçə saat sonra Birləşmiş Ştatları Paris İqlim Sazişindən çıxarıb. Geri qayıt |