Qarlı hava şəraiti ilə bağlı təcili yardıma müraciət edənlərin SAYI AÇIQLANDI
Qarlı hava şəraiti ilə əlaqədar 24 nəfər təcili yardıma müraciət edib. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmərlərini İdarəetmə Birliyindən məlumat verilib. "Ötən gecədən bu gün saat 10:00-a qədər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə əlverişsiz hava şəraiti ilə əlaqədar 24 nəfərin (14-ü qadın, 10-u kişi cinsli olmaqla) müraciəti qeydə alınıb. Onlardan 23 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Bir nəfər isə hospitalizasiyadan imtina edib", - deyə məlumatda bildirilib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
