Əsas Səhifə > SAĞLAMLIQ > Qarlı hava şəraiti ilə bağlı təcili yardıma müraciət edənlərin SAYI AÇIQLANDI

Qarlı hava şəraiti ilə bağlı təcili yardıma müraciət edənlərin SAYI AÇIQLANDI


Dünən, 12:29


Qarlı hava şəraiti ilə əlaqədar 24 nəfər təcili yardıma müraciət edib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmərlərini İdarəetmə Birliyindən məlumat verilib.

"Ötən gecədən bu gün saat 10:00-a qədər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə əlverişsiz hava şəraiti ilə əlaqədar 24 nəfərin (14-ü qadın, 10-u kişi cinsli olmaqla) müraciəti qeydə alınıb. Onlardan 23 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Bir nəfər isə hospitalizasiyadan imtina edib", - deyə məlumatda bildirilib.

Şəffaflıq.az


Geri qayıt