Premyer Liqa: "Qarabağ" - "Kəpəz" oyununun məkanı dəyişdirilib
Misli Premyer Liqasının XXVII turunda Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməli olan “Qarabağ” – “Kəpəz” oyununun yeri dəyişdirilib. Şəffaflıq.az-ın məlumatına görə, AFFA tərəfindən martın 15-də Tovuzda Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcək. Bu səbəbdən Peşəkar Futbol Liqasına müraciət edilib. PFL bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq XXVII turun “Qarabağ” – “Kəpəz” oyunu ilə XXXV turdakı “Kəpəz” – “Qarabağ” qarşılaşmasının yerlərində dəyişiklik edib. Sözügedən matçın start fiti saat 17:00-da səslənəcək.
Xəbəri paylaş
Facebook-da paylaş
