Əsas Səhifə > FUTBOL > Premyer Liqa: "Qarabağ" - "Kəpəz" oyununun məkanı dəyişdirilib

Premyer Liqa: "Qarabağ" - "Kəpəz" oyununun məkanı dəyişdirilib


19-02-2025, 22:14


Misli Premyer Liqasının XXVII turunda Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməli olan “Qarabağ” – “Kəpəz” oyununun yeri dəyişdirilib.

Şəffaflıq.az-ın məlumatına görə, AFFA tərəfindən martın 15-də Tovuzda Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcək.

Bu səbəbdən Peşəkar Futbol Liqasına müraciət edilib.

PFL bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq XXVII turun “Qarabağ” – “Kəpəz” oyunu ilə XXXV turdakı “Kəpəz” – “Qarabağ” qarşılaşmasının yerlərində dəyişiklik edib.

Sözügedən matçın start fiti saat 17:00-da səslənəcək.


Geri qayıt