Ərdoğan Ankarada Zelenski ilə görüşüb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident Sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Şəffaflıq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, tərəflər təkbətək görüşdən sonra heyətlərin toplantısına sədrlik edəcək.

Görüşlərdə Türkiyə-Ukrayna strateji tərəfdaşlıq münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək. İki ölkə arasındakı əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Həmçinin Ukraynada son hadisələr və digər regional və qlobal məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

Görüşlər başa çatdıqdan sonra müxtəlif sahələrdə sənədlər imzalanacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}