Belarus nümayəndə heyəti Ümummilli Liderin məzarını ziyarət edib
Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib. “Report” xəbər verir ki, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak etmək üçün Bakıya gələn Belarus nümayəndə heyətinin rəhbəri Ulu Öndərin məzarı önünə əklil qoyub. O, həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsini ehtiramla yad edib. Daha sonra N.Koçanova Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladların da xatirəsini yad edib. Belarus nümayəndə heyəti həmçinin "Əbədi məşəl" abidəsinin önünə də əklil qoyub.
Facebook-da paylaş
