Misli Premyer Liqasının XXIII turunda "Kəpəz"lə qarşılaşan "Şamaxı" oyundan öncə itki ilə üzləşib.
Misli Premyer Liqasının XXIII turunda "Kəpəz"lə qarşılaşan "Şamaxı" oyundan öncə itki ilə üzləşib. Şəffaflıq.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belə ki, isinmə hərəkətlərini yerinə yetirən Vasiliye Bakiç zədələnib. Onun əvəzinə start heyətində Arsen Ağcabəyov meydana çıxıb. Qeyd edək ki, hazırda qarşılaşma davam edir. "Şamaxı" 20 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Gəncə klubu 18 xalla doqquzuncudur.
Xəbəri paylaş
Facebook-da paylaş
